Rəşad Nəbiyev TRASEKA-nın Baş katibi ilə görüşüb - FOTO

Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev TRASEKA-nın Baş katibi Aset Asavbayevlə görüşüb.

Bu barədə Rəşad Nəbiyev öz “Facebook” hesabında paylaşım edib.

“TRASEKA-nın Baş katibi Aset Asavbayevlə görüş keçirdim. TRASEKA çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti, nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində həyata keçirilən prioritet layihələri və gələcək inkişaf perspektivlərini müzakirə etdik.”- o qeyd edib.

 

0.69916296005249