Belçika qol vurdu, Danimarka Rusiyaya qalib gəlir - YENİLƏNİR + VİDEO

Belçika millisi avtoqolla önə keçdi. Qapıçı Lukaş Hradetski 74-cü dəqiqədə öz qapısına qol vurur. 

00:28

Rusiya millisi penaltidən fərqi azaltdı. Artyom Dzyuba penaltidən fərqləndi – 1:2. Finlandiya – Belçika oyununda isə qolsuzluq davam edir. 

00:20

Danimarka millisi 59-cu dəqiqədə hesab arasındakı fərqi artırdı. Yussuf Poulsen çempionatda ikinci qolunu vurdu.

23:42

Kopenhagendə keçirilən Rusiya – Danimarka görüşündə hesab açıldı. Mikel Damsqo 38-ci dəqiqədə gözəl qola imza atdı. Bu nəticə ilə meydan sahiblərindən olan Rusiya qrup dördüncüsü kimi AVRO-2020-də mübarizəni dayandırmış olur.

23:09

Hər iki oyun artıq başlayıb. Qapılara hələ ki qol vurulmayıb.

22:30

Bu gün AVRO-2020-nin C qrupunda son matçlar keçiriləcək.

hakimiyyet.az xəbər verir ki, qrupdan Belçikanın ardından 1/8 finalda iştirak edəcək üç komandadan biri müəyyənləşəcək.

Həmin komanda saat 23:00-da başlayacaq Finlandiya – Belçika və Rusiya – Danimarka matçlarının nəticəsindən sonra bilinəcək.

Komandaların bu matçlara çıxdığı taktiki düzülüşlər və start heyətlərini təqdim edirik:

Finlandiya (5-3-2): Hradetski, Raytala, Toyvio, Arayuuri, D. Oşonesi, Uronen, Lod, Sparv (kapitan), Kamara, Pohyanpalo, Pukki

Belçika (3-4-3): Kurtua, Vermalen, Denayer, Boyata, Şadli, Vitsel, De Bröyne, Trosar, E. Azar (kapitan), Lukaku, Doku

Rusiya (5-2-2-1): Safonov, Mario Fernandez, Diveyev, Cikiya, Kudryaşov, Kuzyayev, Ozdoyev, Zobnin, Aleksey Mirançuk, Qolovin, Dzyuba (kapitan)

Danimarka (3-4-3): Smaykl, Vesterqor, Kyer, Kristensen, Mehle, Dileyni, Höybyerq, Vass, Damsqor, Poulsen, Bresveyt

Səbuhi Musayev

0.26726198196411