Goranboyda 3 ton narkotik məhv edilib - FOTO

Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 3 000 kiloqram olan, 4 800 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

0.27227592468262