Şikayəti olan “Azəriqaz” abonentlərinin NƏZƏRİNƏ - FOTO

Bütün bölgələrdə abonent müraciət qutularının quraşdırılmasına başlanılıb. 

“Azəriqaz” İstehsalat Birliyindən hakimiyyet.az-a verilən məlumatda bildirilir ki, bu üsul sosial şəbəkələrdən istifadə etməyən, ümumiyyətlə internet bağlantısı olmayan abonentlərin də müraciətlərini cavablandırmaq üçün tətbiq edilib.

Bu gündən etibarən bütün Regional qaz istismarı İdarələrinin və xidmət sahələrinin inzibati binalarının qarşısında müraciət qutularının quraşdırılmasına başlanılıb.

Belə ki, məktublar birliyin baş direktoru Ruslan Əliyevə çatdırılacaq. Bundan sonra isə həmin vətəndaşın probleminin həlli ilə bağlı rəhbərlik tərəfindən müvafiq göstərişlər veriləcək.

0.53489518165588