Azərbaycanda hər beş fərdi sahibkardan biri qadındır

“Azərbaycanda hər beş fərdi sahibkardan biri qadındır”.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı məlumat verib.

Onun sözlərinə görə, 2020-ci ildə 174 329 sahibkarlıq subyekti qeydiyyata alınıb, onlardan 9 230-u kommersiya hüquqi şəxs, 165 099-u fərdi sahibkardır:

“Kommersiya hüquqi şəxslərin 14,8 faizinin (1 373) təsisçisi və fərdi sahibkarların 20,4 faizi (33 742) qadındır. Beynəlxalq müqayisələr göstərir ki, qadın sahibkarlığının inkişafı ölkədə iqtisadi artımın sürətlənməsi, sosial rifahın yaxşılaşması və inklüzivliyin təmin olunmasında əhəmiyyətlidir”.

0.2942430973053