“Xalq Bank” 2021-ci ilin altı ayının yekunlarını açıqladı

2021-ci ilin II rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan “Xalq Bank” ASC aktivlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 53.2 milyon manat (2.45 %) artıraraq 2 222.17 milyon manata çatdırıb. Cari ilin 1 iyul tarixinə bankın cəmi kapitalı ötən ilin analoji dövrünə nisbətdə 1.85 % artaraq 436.82 milyon manata çatıb.

Bankın kredit portfelinin həcmi I yarımilin yekununda 1 405.35 milyon manat, müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi isə 1 444.94 milyon manat təşkil edib. Bank I yarımili 5.8 milyon manat xalis mənfəətlə başa vurub.

Cari ilin aprel ayında “Moody’s Investors Service” “Xalq Bank”ın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib və həmin reytinq üzrə proqnozu iki pillə yüksəldərək “Pozitiv” olaraq qiymətləndirib.

Bankın məhsul, xidmətləri və kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün www.xalqbank.az saytına və yaxud 138 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

 

0.24692797660828