Qadın eyvandan yıxılan uşağı havada tutdu - VİDEO

Rusiyada polis pəncərədən yıxılan uşağı xilas edən qadını tapa bilib.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, hadisə Novokuznetsk şəhərində baş verib. Bununla bağlı yayılan kadrlarda yaşlı qadının eyvandan yıxılan uşağı havada tutduğu görünür.

Həmin vaxt balacanın validleynləri ev işləri ilə məşğul olub. Onlar qəfil uşaq ağlamağının  səsini eşitdikdən sonra ayılıblar. Valideynlər dərhal pəncərədən baxanda uşağın yoldan keçən birinin qucağında olduğunu görüblər. Tez həyətə düşən ata-ana o qədər şok içində olub ki, xilaskarın adını soruşmağı unudublar. Uşaq yüngül sıyrıqlarla qurtula bilib.

Qadını yalnız polisin yardımı ilə tapıb, təşəkkür etmək mümkün olub.

64 yaşlı Svetlana Sanarovanın sözlərinə görə, o mağazadan qayıdarkən ikinci mərtəbənin pəncərəsində yaş yarımlıq uşağı görüb. Təqaüdçü qadın əllərindəki torbaları yerə ataraq binaya tərəf qaçıb və əllərini uzadaraq uşağı tutmağı bacarıb. Bundan sonra uşağı valideynlərinə təhvil verərək evinə gedib.

Regional DİN-in mətbuat xidmətindən verilən məlumata görə, qadın üçün mükafatlandırma mərasimi keçiriləcək.

0.29957413673401