Türkiyəli aktrisa ilə evliliyə hazırlaşan modelin başqa qadınla mesajları yayıldı - FOTO

Tezliklə məşhur aktrisa Sevda Erginci ilə evlənəcəyi iddia edilən türkiyəli model Yılmaz Kunt ifşa edilib.

Vəkil Seray Öztürk “Instagram” hesabından Kuntla mesajlaşmalarını paylaşıb.

Bir müddətdir Bodrumda tətildə olan Sevda Erginci və Yılmaz Kunt ifşa şoku yaşayıblar.

Mesajlarda Kunt və Öztürkün bir-birlərinin boylarını və çəkilərini soruşduqları bəlli olur.

Kunt aktrisa ilə nişanlı olduğu zaman uzun müddət vəkillə də mesajlaşaraq onunla görüşmək istəyib.

Bütün yazışmalarını açıqlayan Öztürk nəhayət Kunt və Ergincinin evlilik xəbərlərini də paylaşıb.

Öztürk bütün jurnal saytlarını işarələyərək “Evliliyə doğru yolda olarkən hər zaman mənimlə görüşməyə çalışman həqiqətən qadınlara qarşı bir başqa şiddətdir! Həqiqətən etdiklərinə nə ad vermək olar?”, - deyə yazıb.

Kuntun ona göndərdiyi foto və videoları da paylaşan Öztürk “Xoş tətillər” yazaraq Ergincə və Kunta müraciət edib.

Vəkil son olaraq “Yılmaz Kunt, sən kimsən ki, başqasıyla nişanlı olduğun halda məni idarə etməyə çalışırsan”, - deyə yazıb.

0.28113317489624