Norveçin nəhəng neft-qaz şirkətinin Azərbaycandakı aktivlərinin həcmi AÇIQLANIB

Norveçin nəhəng neft-qaz şirkəti olan “Equinor”un 2021-ci ilin birinci yarısı üzrə Azərbaycandakı uzunmüddətli aktivlərinin həcmi açıqlanıb.

hakimiyyet.az-ın şirkətdən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə şirkətin ölkəmizdəki uzunmüddətli aktivlərinin həcmi 1 674 000 000 dollar olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə onların həcmi 1,3 faiz azalıb. Buna baxmayaraq şirkətin uzunmüddətli aktivlərinin həcmi 2021-ci ilin birinci rübü ilə müqayisədə 0,2 faiz artıb.

İlin əvvəlinə şirkətin Azərbaycandakı bir ildən artıq müddətə dəyəri nağd pula çevrilə biləcək aktivlərinin həcmi 1 683 000 000 dollar olub. 

Qeyd edək ki, şirkətin ümumi uzunmüddətli aktivlərinin həcmi 74 579 000 000 dollar olub. 2021-ci ilin birinci rübü ilə müqayisədə onların həcmi 1,2 faiz artıb. İllik müqayisədə isə bu aktivlərin həcmi 1,7 faiz azalıb. 2021-ci ilin əvvəlinə şirkətin bir ildən artıq müddətə nağd pula çevrilə biləcək ümumi aktivlərinin həcmi 76 082 000 000 dollar olub.

Nigar Məmmədova

0.71719002723694