Çempionlar Liqasının ən yaxşı qolu seçildi - VİDEO

UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün ən yaxşı qolu müəyyənləşib.

Məlumat UEFA-nın rəsmi “Twitter” səhifəsində dərc edilib.

Beləliklə, azarkeşlərin səsverməsinə əsasən, Portuqaliyanın “Portu” klubunda çıxış edən iranlı hücumçu Mehdi Tareminin Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Çelsi" qapısına vurduğu dəqiq zərbə mövsümün ən baxımlı qolu elan edilib. 

Səsvermə UEFA-nın rəsmi saytında təşkil edilib.

0.2656261920929