Tokio-2020: Dünya çempionumuz Olimpiada ilə vidalaşdı

Boks üzrə dünya çempionumuz Cavid Çələbiyev (-63 kq) Tokio Olimpiadasında 1/8 final görüşünə çıxıb.

hakimiyyet.az xəbər verir ki, o, bu mərhələdə ikiqat dünya mükafatçısı, Avropa çempionu və II Avropa Oyunlarının qalibi Hovanes Baçkovla (Ermənistan) qarşılaşıb.

İlk raundda idmançımız üstün olsa da, ikinci və üçüncü raundlarda hakimlər qələbəni erməni boksçuya verib.

Nəticədə Cavid Çələbiyev Olimpiada ilə medalsız vidalaşıb. Bu, yarışdan kənarlaşan dördüncü boksçumuz olub. Ümumilikdə Cavid Olimpiada ilə medalsız vidalaşan 23-cü idmançımız olub.

0.24802494049072