Tokio-2020: Azərbaycanın iki güləşçisinin ilk rəqibi bəlli olub

Sabah Olimpiadada iki güləşçimiz mübarizəyə start verəcək.

Yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq), qadın güləşində isə Elis Manolova (68 kq) xalça üzərinə çıxacaq. Bu gün keçirilən püşkatma mərasimində təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.

Rafiq 1/8 finalda dünya ikincisi və Avropa üçüncüsü olan isveçli Aleks Kessidislə qarşılaşacaq. Bu görüş A xalçasında keçiriləcək. Hüseynov rəqibinə qalib gəlsə, 1/4 finalda Lamjed Maafi (Tunis) - Akjol Mahmudov (Qırğızıstan) mübarizəsində üstün olan güləşçiylə üz-üzə gələcək. Elis ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə münasibətləri aydınlaşdıracaq. Bu görüş B xalçasında baş tutacaq. Manolova 1/4 finala yüksəlsə, ya Meerim Jumanazarova (Qırğızıstan), ya da Mimi Xristova (Bolqarıstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, bu çəkilərdə ilk görüşlər Bakı vaxtı ilə saat 6:30-da başlayacaq.

0.80667686462402