Azərbaycanlı futbolçudan ABŞ-da növbəti qol - VİDEO

Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” komandası ABŞ-ın I divizionunda növbəti matçına çıxıb.

hakimiyyet.az xəbər verir ki, komanda “Rio Qrande Voli” ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

Rüfət 27-ci dəqiqədə hesabı 3:0 edib. Bu, cari mövsümdə onun vurduğu dördüncü qoldur. O, 70-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Rüfət Dadaşovun komandası 32 xalla turnir cədvəlində liderdir.

 
Səbuhi Musayev
 
 
0.52077198028564