Göygöldə iki qardaş bıçaqlanıb

Göygöl rayonunda iki qardaşa bıçaqla xəsarət yetirilib.

Həmin rayonda fəaliyyət göstərən kafelərin birində iki qardaşa xəsarət yetirməkdə şübhəli bilinən gənc saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Quşqara kəndində Sənan İsmayılova kəsici ailətlə, onun qardaşı Əkbər İsmayılova isə pivə qədəhi ilə xəsarət yetirməkdə şübhəli bilinən şəxs, 2001-ci il təvəllüdlü Kənan Axundov saxlanılıb.

Qeyd edək ki, tərəflər arasında mübahisə kafelərin birində yaranıb. Bu zaman S.İsmaylova kəsici ailətlə boğaz nahiyəsindən, qardaşına isə başından xəsarət yetirilib.

Yaralılar əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb, sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. S.İsmaylovun vəziyyəti kafi, qardaşının vəziyyəti isə normal qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

0.40547585487366