Goranboyda keçirilən toyda bıçaqlanma olub

Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Todan kəndində keçirilən toy mərasimində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Kərəm Rasim oğlu mərasimdə baş verən mübahisə zamanı kürək və qabırğa nahiyəsindən bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. R.Məmmədovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

0.36637902259827