Paytaxtın mərkəzi küçəsində baş verən qəzanın nəticələri aradan qaldırılıb - YENİLƏNİB+FOTO/VİDEO

Bakının Dilarə Əliyeva küçəsində baş verən qəzanın nəticələri aradan qaldırılıb.

Bu barədə hakimiyyet.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, sözügedən küçədə kanalizasiya deyil, su xətti partlayıb:

“Qaydalara müvafiq olaraq texniki şərt alınıb və qəzanın nəticələri aradan qaldırılılıb”.

14:02

Paytaxtın mərkəzi küçəsini kanalizasiya suyu yuyub aparır.

hakimiyyet.az xəbər verir ki, söhbət Dilarə Əliyeva küçəsindən gedir.

Sakinlərin sözlərinə görə, ərazidə artıq beş gündür ki, kanalizasiya suyu axır.

Aidiyyəti üzrə qurumlara, qəza xidmətinə müraciət edilsə də, maraqlanan olmayıb. Yaxınlıqdakı binalarda yaşayan sakinlər üfunət qoxusundan şikayətçidir.

Könül Cəfərli
0.26586699485779