Britaniyada peyvənd olunan gənclərə pulsuz pizza və taksi xidməti təklif olunur

Britaniyada koronavirusa qarşı vaksin vurdurmağı qərara almış gənclərə müəyyən güzəştlər ediləcək.

TASS xəbər verir ki, onlar vaksinasiya məntəqəsinədək ödənişsiz taksidən istifadə edərək gələ biləcək, peyvənd olunduqdan sonra isə pulsuz pizza alacaq və ya evə qida sifarişi üçün endirim əldə edəcəklər.

Krallığın Səhiyyə və Sosial İşlər Nazirliyi tərəfindən aparılan kampaniya gənclər arasında vaksinasiyanın stimullaşdırılması məqsədi daşıyır.

Qeyd olunur ki, Britaniyada yaşı 18-25 arasında olan 2.5 milyon nəfər hələ də peyvənd vurdurmayıb.

0.64906883239746