Lerik sakinlərindən narkotik və silah-sursat aşkarlanıb

Lerik sakinlərindən narkotik maddə və silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ə.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla onun narkotik vasitəni Lerik rayon sakini E.Vəliyevdən əldə etdiyi müəyyən edilib. Saxlanılan E.Vəliyevin yaşadığı evin zirzəmisindən narkotik vasitə, qurudulmuş marixuana və iki ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri, həmin silahlara aid dörd ədəd patron və bir ədəd avtomat silahına aid patron aşkarlanaraq götürülüb. 

Faktlarla bağlı araşdırma aparılır.

0.37135100364685