Gəncədə taksi sürücüsü dörd nəfər tərəfindən döyüldü

Gəncə şəhərində döyülmə hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin İmamzadə dini kompleksinin yaxınlığında olub.

Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü E.Abdullayev avtomobilinə müştəri qismində minən dörd nəfər tərəfindən döyülüb.

Müxtəlif dərəcəli xəsarətlər alan zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

0.44157981872559