İşaxtaran və işsiz şəxslərin NƏZƏRİNƏ: Nazirliyin vakansiya portalı yaradılıb - FOTO

İşaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarını genişləndirəcək aqrokadr.az karyera portalı yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyindən hakimiyyet.az-a verilən məlumata əsasən, bu sayt kənd təsərrüfatı sahəsində məşğulluq imkanlarının genişləndirilməsi, aqrar sahədə fəaliyyət göstərmək istəyən şəxslərin daha asan iş tapmasına şərait yaradacaq.

Portalda aqrar sahə üzrə təqdim olunan iş yerləri, işçi axtarışında olan şirkət və müəssisələr barədə məlumatlar yerləşdirilib. Eyni zamanda, işəgötürənlərə karyera portalının “namizədlər” bölməsində işsiz, eləcə də işaxtaran şəxslərin təhsil və iş təcrübəsi ilə tanış olmaq imkanı yaradılıb.

Portal aqrar əmək bazarı üzrə işçilərin və işəgötürənlərin faydalana biləcəyi etibarlı və mötəbər karyera məlumat mənbəyi kimi qiymətləndirilib.

0.77197599411011