Bu il ölkədə nə qədər qızıl və gümüş hasil edilib? - RƏSMİ + FOTO

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlanıb.

hakimiyyet.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, yeddi ay ərzində ölkəmizdə 4844,7 kiloqram qiymətli metal filizləri və konsentratları hasil edilib.

Onların ümumi hasilatı 2020-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 333,6 kiloqram və ya 7,4 faiz artıb. Bu dövr ərzində 2058,5 kiloqram qızıl, 2786,2 kiloqram gümüş hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatı 1,1 faiz, gümüş hasilatı isə 12,6 faiz artıb.

Təkcə iyul ayı ərzində isə ölkədə 310,3 kiloqram qızıl, 347,6 kiloqram gümüş hasil edilib.

Bildirilib ki, 1 avqust 2021-ci il tarixinə görə, ölkədə 256,2 kiloqram hazır qızıl ehtiyatı, 194,5 kiloqram hazır gümüş ehtiyatı var.

Əlavə edək ki, müvafiq dövrdə 1557,9 ton mis filizləri və konsentratları hasil edilib. Ümumi hasilat həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artıb. Bu məhsul növü üzrə 300,9 ton hazır ehtiyat yaranıb.

Nigar Məmmədova

0.52553391456604