“Ələt Azad İqtisadi Zona”da yataqxana və ofis binası inşa edilir

“Ələt Azad İqtisadi Zona”sı üçün Ələt qəsəbəsində yerləşəcək yataqxana və ofis binasının inşası yekunlaşmaq üzrədir.

“Report” xəbər verir ki, yataqxana üç mərtəbə, ofis binası isə iki mərtəbədən ibarət olacaq.

Qeyd edək ki, yataqxana və ofis binası işçilərin müvəqqəti olaraq çalışması və qalması üçün nəzərdə tutulub.

Əsas çətinlik detalların başqa ölkədən layihəsiz şəkildə demontaj edilərək gətirilməsi olub. Bu səbəbdən də layihələndirmə, bəzi detalların istehsalı və montajı Azərbaycanda həyata keçirilib.

0.50223588943481