Ağdam şəhəri minalardan tam təmizləndi

“Ağdam şəhərinin ərazisi mina və partlamamış sursatlardan tam təmizlənib”.

Bu barədə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev deyib.

O bildirib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir:

“Şəhərin ərazisi minalardan təmizlənib və abadlıq-quruculuq işləri davam etdirilir. Ərazidə elektrik enerjisi, su xətləri çəkilir, yollar tikilir. Hazırda kəndlərin ərazisində təmizlənmə prosesi davam edir”.

Qeyd edək ki, iyulun 30-na olan məlumata görə, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı 3 500 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 20 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Mənbə: Trend

0.32360100746155