Azərbaycanın beynəlxalq səviyyədə ticarət əməliyyatlarının dəyəri AÇIQLANIB - FOTO

2021-ci ilin birinci yarısında tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının genişlənməsindən təsirlənib.

hakimiyyet.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu dövrdə tədiyə balansının ümumi müsbət saldosu 1 261 300 000 dolları təşkil edib. 2020-ci ilin birinci yarısında isə tədiyyə balansında 957 500 000 dollar kəsir mövcud idi.

Bu ilin altı ayında cari əməliyyatlar balansında 1 900 000 000 dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 600 000 000 dollar kəsir yaranıb.

Bu dövrdə xam neftin orta qiyməti bir barel üçün 58 dolları təşkil edib. Qeyri-neft ixracı isə 20 faiz artıb.

0.8667311668396