Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI - YENİLƏNİB

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. 

hakimiyyet.az xəbər verir ki, Yaqub Zurufçu bu gün “Qurd qapısı” qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. 

09:25

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq.

Bu barədə “Report”a sənətçinin qohumları məlumat verib.

Bildirilib ki, mərhum koronavirusdan vəfat etdiyinə görə cənazə ailəyə təhvil verilməyəcək. Əməkdar artistin cənazəsi birbaşa ailənin dəfn üçün müəyyən etdiyi yerə aparılacaq və torpağa tapşırılacaq. Ailə dəfn yerini hələlik müəyyənləşdirməyib.

Qeyd edək ki, Əməkdar artist ötən gün müalicə aldığı “Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

0.34760212898254