Azərbaycan XİN: “Ermənistanı məsuliyyətə cəlb edəcəyik” - FOTO

Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcək.

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov öz “Twitter” hesabında yazıb.

“Önümüzdəki günlərdə irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı azərbaycanlıların insan hüquqlarının 30 il ərzində pozulması qəbuledilməzdir”, - o yazıb.

0.39762115478516