Bəylə gəlin həm bir-birilərinə, həm də seçdikləri namizədə “hə” dedilər - VİDEO

Rusiyanın Zabaykalsk diyarında gənc cütlük səsvermə zaman elə birbaşa seçki məntəqəsində nikaha girmək qərarına gəliblər.

Beləliklə yeni evlilər bir gündə iki vətəndaşlıq borcunu yerinə yetiriblər.

Hadisə Çita şəhərində  qeydə alınıb.

“Gənclərin Rusiyanın gələcəyinə səs verməsinə mane olan səbəbləri bilən adam varmı?", - deyə seçki məntəqəsinin əməkdaşı orada toplaşanlardan soruşub.

Sonra gənc evlilərdən xəstəlikdə və sağlamlıqda, sevincdə və kədərdə layiqli deputat seçməyə hazır olub olmadıqları soruşulub.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.

Mənbə: RİAFAN

0.7127377986908