Sevimli tatuların mənası: Təhlükəli vəziyyətdə qoya bilər - FOTO

Tatu ustası Klaudio Treyna müştərilərin bədənlərinin müxtəlif yerlərinə döydürdüyü məşhur tatuların gizli mənalarını açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, bir çoxları düşüncəsiz şəkildə hərəkət edirlər, tatuların əsl mənasını bilmədən onları bədənlərinə döydürürlər.

O bildirib ki, tatular kriminal aləmin üzvləri üçün xüsusi məna daşıyır.

“İndiki zamanda insanlar gözəllik üçün tatu döydürürlər. Ancaq bu döymələrlə əlverişsiz yerdə olsanız, özünüzü çətinliyə sala bilərsiniz”, - deyə mütəxəssis bildirib.

Məsələn, əlin üzərindəki beş nöqtə həbsxanada məhkumluq həyatı yaşadığına işarədir. Kvadrat yaradan dörd nöqtə kameranın dörd divarını, mərkəzdəki  beşinci isə içəridəki məhbusu təmsil edir.

Hörümçək toru şəkli də həmin şəxsin həbsdə olduğunu göstərir.

Ulduz döymələri, öz növbəsində, şərəf, ümid, intuisiya və ya istək deməkdir. Ancaq sinə və ya çiyinlərdə yerləşən bu cür təsvirlər sahibinin xüsusi təhlükəli cinayətkar olduğunu göstərir.

Treyn bəzi şəkillərin svinqerlərin rəmzi olduğunu deyərək, onların bir-birlərini tanıması üçün bundan istifadə etdiklərini bildiriblər. O, bu rəmzlərin arasında in-yan simvolu, tərs çevrilmiş ananas, və ya “yelləncək” (dairənin içində bucaqları olan U) və sairin adını çəkib.

Mənbə: “The Sun”

0.77349781990051