Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub

Səhiyyə Nazirliyinin Baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinin direktoru təyin edilib.

Bununla bağlı TƏBİB-in İdarə heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrin icrası ilə bağlı digər məsələlərin həlli “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılıb.

Mənbə: Apa

0.30065894126892