Türkiyədə bir gündə koronavirusa 26 mindən çox insan yoluxub

Türkiyədə son 24 saat ərzində 335 244 nəfərin COVID-19 testi yoxlanılıb.

Ölkədə günlük yoluxma sayı 26 161 nəfər təşkil edib.

Son sutka ərzində 221 nəfər koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 24 023 nəfər olduğu bildirilib.

Mənbə: “Haber Global”

0.71160197257996