Dünyanın ən böyük kinoteatrlar şəbəkəsi ödənişə kriptovalyuta qəbul edəcək

Dünyanın ən böyük kinoteatrlar şəbəkəsi “AMC Entertainment” xidmətlərinə görə bir neçə növ kriptovalyutanı qəbul edəcək.

Bu barədə şəbəkənin direktoru Adam Aron “Twitter” hesabında yazıb:

“Kriptovalyuta həvəskarları, ehtimal ki, AMC kinoteatrlarının 2021-ci ilin sonuna qədər “Bitcoin” qəbul edəcəyini bilirsiniz. Bu gün bunu edə biləcəyimizi təsdiqləyə bilərəm”.

Onun sözlərinə görə, kinoteatr şəbəkəsi “Ethereum”, “Litecoin” və “Bitcoin Cash” qəbul etməyə başlayacaq. Yeni ödəniş seçimi ilin sonuna qədər görünəcək.

0.67629504203796