Bakıda 26 yaşlı gənc bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Quluzadə Nəzir Elbrus oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.26609396934509