Öz qapısına vurulan qola sevinən ukraynalı futbolçuya qarşı intizam işi başlanıb - VİDEO

Ukrayna futbol çempionatının ikinci divizionunda çıxış edən “Kremen” klubunun üzvü Vitali Boykoya qarşı ölkənin Futbol Federasiyası tərəfindən intizam işi açılıb.

Buna səbəb oyunçunun öz komandasının qapısına vurulan qola sevinməsi olub.

Hadisə çempionatın 11-ci turu çərçivəsində “Ujqorod” və “Kremen” klubları arasındakı qarşılaşma zamanı matçın 64-cü dəqiqəsində baş verib.

Boyko əməlini inkar edərək, etdiyi jestlərlə sevinmədiyini, əksinə qəzəbini ifadə etdiyini bəyan edib.

Mənbə: ua.tribuna.com

0.69278192520142