Hindistanda 70 yaşlı qadın ilk dəfə ana oldu

70 yaşlı Hindistan sakini Jivunben Rabari ilə onun həyat yoldaşı 75 yaşlı Maldhari artıq 45 ilə yaxındır ki, evlidirlər.

Qucarat bölgəsinin Kemora kənd sakinləri uzun müddətdir valideyn olmaq arzusundadırlar.

Nəhayət ki, onların xəyalı bu günlərdə gerçəyə çevrilib. Belə ki, ahıl yaşlı xanım Rabari ana olub.

Uşağın süni mayalanma ilə dünyaya gəldiyi və səhhətinin yerində olduğu açıqlanıb.

Mənbə: “Haber Global”

0.39965200424194