ABŞ-da 15 milyon doza COVID vaksini zibilliyə atıldı

ABŞ-da ötən ayın yekunlarına əsasən, ölkə əhalisinin yalnız üçdə biri koronavirusa qarşı peyvəndin ilk dozasını qəbul edib.

Buna baxmayaraq, milyonlarca doza vaksinin zibilliyə atıldığı məlum olub.

Belə ki, ABŞ-ın xəstəliklərə nəzarət və önləmə mərkəzinin məlumatına görə, təkcə mart-sentyabr aylarında istifadə müddəti bitmiş 15 milyon COVID peyvəndi tullantıya çevrilib.

Dünyanın bir sıra ölkələrində isə milyonlarca insan vaksin çatışmazlığı ilə üzləşib.

Mənbə: TRT

0.43421196937561