Tanışını öldürən şəxsin işi Ağır Cinayətlər Məhkəməsinə göndərildi

22 iyun 2021-ci il tarixdə 1981-ci il təvəllüdlü Ruslan Əsədovun Kürdəmir rayonu ərazisində öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Kürdəmir Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Ramazan Qurbanov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb.

İş üzrə toplanmış sübutlar əsasında Ramazan Qurbanova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0.36267805099487