İtdən xilas etmək istəyərkən qızı güllələdi - VİDEO

Rusiyanın Moskva vilayətində polis gənc qızı itdən qorumaq istəyərkən, təsadüfən elə onun özünü də gülləyib. Hər şey 21 yaşlı qızın öz qohumu ilə mağazadan qayıtdığı vaxt baş verib. Alabay cinsli it əvvəlcə qızın yanında gedib, ətrafında dolanaraq oynamağa başlayıb, sonra onun gödəkçəsindən yapışıb, sonda isə yerə yıxıb.

Qızın xalası itlə tək bacara bilməyəcəklərini anlayaraq polisə zəng edib.

Hadisə yerinə gələn polisin iti uzaqlaşdırmaq cəhdi bir nəticə verməyib. Hüquq mühafizəçi çarəni onu silahla vurmaqda görüb və tabel silahı ilə atəş açıb. Güllələrdən üçü itə dəysə də, biri qıza dəyib.

İt ölüb, qız isə xəstəxanaya yerləşdirilib.

Alabayın sahibi tapılıb. Onun sözlərinə görə, görülən bütün tədbirlərə baxmayaraq, heyvan həmişə onun əlindən qaçırmış.

RF İstintaq Komitəsi yoxlamalara başlayıb.

Mənbə: “Shot” “Telegram” kanalı

0.37224102020264