Təhvil verilən beş erməninin adları məlum oldu – YENİLƏNİB+FOTO/VİDEO

Azərbaycanda cəza çəkən və bu gün Ermənistana təhvil verilən beş nəfər erməni hərbçinin adları məlum olub.

Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan sərhədlərini qanunsuz pozaraq Xocavənd rayonuna keçən və Hadrut qəsəbəsi istiqamətində saxlanılaraq həbs edilən Ermənistan vətəndaşları Mels Ambardanyan, Rafik Karapetyan, Jora Manukyan, Ovsep Manukyan və Sedrak Sogomonyan Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib.

19:06

Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana yola düşüb.

“Caliber”in “Telegram” səhifəsinin məlumatına görə, R.Muradov Azərbaycanın güc strukturları tərəfindən saxlanılan beş erməni hərbçini ölkələrinə aparır.

Məlumata görə, söhbət Azərbaycan ordusu və əhalisinə qarşı ağır cinayətlərdə əli olmayan sıravi erməni əsgərlərindən gedir. Onlardan bəziləri 27 may 2021-ci ildə Azərbaycan ərazisinə daxil olmağa cəhd edərkən Kəlbəcərdə saxlanılan diversiya qrupunun üzvləridir.

Onların belə tezliklə buraxılması, heç şübhəsiz ki, Azərbaycan tərəfinin növbəti humanist addımıdır. Hərçənd, onlara daha ağır cəza verilə bilərdi.

“Caliber” əlavə edib ki, ümumilikdə, hadisəyə Azərbaycan və Ermənistan arasında cərəyan edən siyasi proseslərin tərkib hissəsi kimi yanaşmaq daha düzgün olardı.

 

0.47582292556763