ÇL: “Mançester Yunayted”dən “comeback”, “Çelsi” və “Bavariya”dan darmadağın – YENİLƏNİB+VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

hakimiyyet.az xəbər verir ki, son olaraq ümumilikdə altı qarşılaşma baş tutub.

E qrupunda “Bavariya” Portuqaliyada “Benfika”ya heç bir şans verməyib – 4:0.

F qrupunda “Mançester Yunayted” İngiltərədə “Atalanta” ilə üz-üzə gəlib. Azarkeşlərin beş qola şahidlik etdiyi oyunda ingilislər əzmkar qələbəyə seviniblər. İlk hissədən sonra hesabda iki top fərqi ilə geridə olan “qırmızı şeytanlar” ikinci yarıda 3 qol vuraraq, “comeback”i rəsmiləşdirib.

Bu qrupun digər oyununda “Yanq Boyz” İsveçrədə “Vilyarreal”a uduzub – 1:4.

G qrupunda “Sevilya” və “Lill” qolsuz heç-heçəyə razılaşıblar.

H qrupunda turnirin son qalibi “Çelsi” İngiltərədə “Malmö”nü darmadağın edib – 4:0.

Digər görüşdə isə “Yuventus” Rusiyada “Zenit”i çətinliklə məğlub edib.

Çempionlar Liqası
III tur
20 oktyabr

E qrupu
“Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna) - 1:0 
Qol: 
Jerar Pike, 36

“Benfika” (Portuqaliya) – “Bavariya” (Almaniya) - 0:4
Qollar: 
Leroy Sane, 70; 85, Everton, 80 (avtoqol), Robert Levandovski, 82

F qrupu
“Yanq Boyz” (İsveçrə) – “Vilyarreal” (İspaniya) - 1:3
Qollar: 
Meşak Elia, 77 - Yeremi Pino, 6, Jerar Moreno, 16, Alberto Moreno, 88, Samuel Çukvueze, 90+2

“Mançester Yunayted” (İngiltərə) -  “Atalanta” (İtaliya) - 3:2
Qollar:
 Markus Reşford, 53, Harri Maquayr, 75, Kriştianu Ronaldu, 81 - Mario Paşaliç, 15, Merih Demiral, 29

G qrupu
“Zaltsburq” (Avstriya) – “Volfsburq” (Almaniya) - 3:1
Qollar: 
Kərim Adeyemi, 3, Noa Okafor, 65; 77 - Lukas Nmeça, 15

“Lill” (Fransa) – “Sevilya” (İspaniya) - 0:0

H qrupu
“Çelsi” (İngiltərə) – “Malmö” (İsveç) - 4:0
Qollar:
 Andreas Kristensen, 9, Jorjinyo, 21 (pen.); 57, Kay Haverts, 48

“Zenit” (Rusiya) – “Yuventus” (İtaliya) - 0:1
Qol: 
Deyan Kulusevski, 89

23:12

Çempionlar Liqasında qrup mərhələsində III tur davam edir. 

hakimiyyet.az xəbər verir ki, ikinci oyun günündə ilk olaraq daha iki matç keçirilib.

İspaniya və Avstriyada baş tutmuş hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.

E qrupunda “Barselona” “Dinamo” (Kiyev) komandasını 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 36-cı dəqiqədə Jerar Pike vurub. Bu, Kataloniya təmsilçisinin cari mövsüm turnirin qrup mərhələsində ilk qalibiyyəti olub.

G qrupunda isə “Volfsburq”u Avstriyada “Zaltsburq”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

0.46255302429199