Çəkini nəzarətdə saxlamaq üçün sadə qaydalar açıqlandı

Britaniyalı həkim dietoloq Maykl Mosli çəkini nəzarətdə saxlamaq və sağlam həyat tərzini qorumaq üçün bir neçə sadə qaydanı izah edib

Onun sözlərinə görə, pəhriz saxlamaq çətindir, lakin həmin çəkini qorumaq ondan da çətindir

“Yalnız beş nəfərdən biri uzun müddət istədiyi çəkini saxlaya bilir”, - deyə o bildirib.

Mütəxəssis çəkini qorumaq üçün gündəlik istehlak edilən kalori miqdarını dəyişdirməyi təklif edir. Dietoloqun fikrincə bunu insanın cinsini, yaşını, çəkisini və əzələ kütləsinin həcmini nəzərə alaraq fərdi formada müəyyən etmək doğru olar.

“Ən vacib göstərici – əsas metabolik sürətdir. Bunun köməyi ilə oturanda və heç nə etmədiyiniz vaxt yandırdığınız kalorilərin sayını təyin edilir”, - deyə Mocli vurğulayıb.

Həkimin dediyinə görə, yaxşı formada qalmaq və sağlam həyat tərzi sürmək üçün fiziki aktivliyi unutmamaq vacibdir. O, əlavə edib ki, gün ərzində kiçik gəzintilər bir dəfəyə on min addım getməyə çalışmaqdan daha yaxşıdır.

Dietoloq mütəmadi olaraq özünü çəkməyi və bədəninin həcmini santimetrlə ölçməyi məsləhət görüb.

“Ancaq rəqəmlərdən asılı hala gəlməmək üçün bunu tez-tez etməyin”, - deyə o xəbərdarlıq edib.

Qəlyanaltı məsələsinə gəlincə isə həkim zərərli qidaları evdə hazırlanan sağlam qidalarla əvəz etməyi tövsiyə edib.

Mənbə: “Express”

0.5570240020752