Ölmüş hesab edilən kişi gecəni meyitxanada keçirdikdən sonra “dirildi” - FOTO/VİDEO

Motosikletlə qəzaya düşdükdən sonra həkimlər tərəfindən ölmüş elan olunan kişi bir gecə meyitxanada qaldıqdan sonra “dirilib”.

Hadisə Hindistanda baş verib. Bildirilir ki, Şrikeş Kumar qəzadan sonra kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Tibb işçiləri onu reanimasiya etmək istəsələr də, nəbzi atmayıb və həkimlər ailəyə 45 yaşlı kişinin öldüyünü bildiriblər.

Bundan sonra Kumar meyitxanaya aparılıb. Burada o, altı saat dondurucu kamerada saxlanılıb.

Polis və qohumları “meyiti” götürməyə gəldikdə isə onlar sürprizlə üzləşiblər: “meyit” nəfəs almağa başlayıb.

Hazırda hindistanlı komada olsa da, həkimlər onun sağalacağını düşünürlər.

Hüquq mühafizə orqanlarında kişiyə ölüm diaqnozunun qoyulması ilə bağlı istintaq başlanıb, hadisə ilə bağlı cinayət işi açılıb.

Mənbə: LADBible

0.49207901954651