“Qarabağ” azarkeşləri “Omoniya” ilə oyunda nəhəng pankart açıblar - VİDEO

Avropa Konfrans Liqasının V turu çərçivəsində "Qarabağ" Kiprin "Omoniya" klubu ilə qarşılaşır.

hakimiyyet.az xəbər verir ki, Ağdam klubunun azarkeşləri matçdan öncə maraqlı xareoqrafiya hazırlayıblar.

Belə ki, "Qarabağ" azarkeşləri üzərində "Sizin boş arzularınız bizim reallıqlarımızdır. Evdə görüşərik..." yazılı böyük plakat sərgiləyiblər. Plakatda həmçinin Ağdamın məşhur İmarət stadionunun görüntüsü də əks olunub.

Qeyd edək ki, "Qarabağ" yer aldığı H qrupunda dördüncü turdan sonra növbəti mərhələyə çıxmağı təmin edib.

0.54421591758728