Azərbaycan XİN Rusiyaya başsağlığı verib - FOTO

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki “Listvyajnaya” mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.

Başsağlığı Azərbaycan XİN-in “Twitter” səhifəsində yer alıb:

“Rusiya xalqına, “Listvyajnaya” mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”.

 

0.56272602081299