Goranboyda bir neçə nəfər dəm qazından zəhərlənib

Goranboyda dəm qazından kütləvi zəhərlənmə baş verib.

“Report” xəbər verir ki, Goranboy şəhərində kirayədə yaşayan 1995-ci il təvəllüdlü Pərviz Şirinov, 1989-cu il təvəllüdlü Təhməz İbrahimov və 1994-cü il təvəllüdlü Cahid Aktanov dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan T.İbrahimovun vəziyyəti kafi, digərlərinin vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

0.42068600654602