Saakaşvili müalicəsini dayandırdı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, onun həbsdə olan görüntülərini yayılması ilə bağlı Dövlət Müfəttişliyi Xidmətinin Ədliyyə Nazirliyinə qarşı tətbiq etdiyi sanksiyalar təmin olunana qədər müalicə kursunu dayandıracaq.

Bu barədə jurnalistlərə Qoridəki hərbi hospitalda keçmiş dövlət başçısını ziyarət edən şəxsi həkimi Nikoloz Kipşidze bildirib. O, Saakaşvilinin məktubunu oxuyub.

Eks-prezident həmçinin məktubunda qeyd edib ki, Xüsusi Penitensiar Xidmətin əməkdaşları çərşənbə axşamı onun yanına gəlib və bildiriblər ki, o, noyabrın 8-də həbsxana xəstəxanasına aparıldıqdan sonra palatada tibbi analizatoru itələyərək yerə atdığına görə intizam tədbiri olaraq televizordan istifadə imkanından məhrum edilib.

Qeyd edək ki, Dövlət Müfəttişliyi Xidməti Gürcüstanın Ədliyyə Nazirliyini noyabrda Saakaşvilinin qida əlavələri qəbul etdiyini və keçmiş liderin Qldani xəstəxanasına çatdırılmasını əks etdirən kadrları dərc etdiyinə görə 2,5 min lari (təxminən 810 dollara) cərimələyib. Dövlət müfəttişi hesab edib ki, Ədliyyə Nazirliyi “Fərdi məlumatların mühafizəsi haqqında” qanunu pozub.

Mənbə: TASS

0.34421896934509