ÇL: Suares ağlayaraq meydanı tərk etdi: Futbolçu Madrid derbisini buraxa bilər - FOTO

Madrid “Atletiko”sunun hücumçusu Luis Suares Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Porto” ilə oyunda zədələnib.

34 yaşlı uruqvaylı artıq görüşün 13-cü dəqiqəsində yerini braziliyalı Mateus Kunyaya verib.

Suarez meydanı tərk edərkən göz yaşlarına boğulub. Belə ki, o dekabrın 12-də “Real”a qarşı baş tutacaq Madrid derbisini buraxa bilər.

Futbolçunun zədəsinin ciddiliyi hələlik məlum deyil.

Mənbə: Sports.ru

0.31701517105103