Şəmkirdə iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Yeni həyat kəndində qeydə alınıb.

Hərəkətə olan iki minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

0.36109519004822