Salyanda ər və arvad dəm qazından boğularaq ölüb

Salyanda ər və arvad dəm qazından boğularaq ölüb.

APA xəbər verir ki, hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb.

Həmin kəndin sakinləri olan 1963-cü il təvəllüdlü Əsgərov Əlişirin Daşqın oğlu və onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Əsgərova Yaqut Təzəxan qızı dəm qazından zəhərləniblər.

Onlar Şirvan xəstəxanasına çatdırılsalar da, bir neçə dəqiqədən sonra keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

0.35578203201294