“Soyuq əllər, isti ürək” yarmarkasında karnaval ab-havası - FOTOREPORTAJ

Dekabrın 1-dən etibarən ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası öz fəaliyyətinə start verib.

Hər il olduğu kimi bu il də “Nargis” Fondu tərəfindən təşkil olunan yarmarkadan toplanan vəsait körpələrin müalicəsi və əməliyyat xərclərinə yönləndiriləcək. Yəni, yarmarkada təqdim edilən hər bir məhsul xeyriyyə məqsədilə satışa çıxarılıb.

Karnaval qədər rəngli təşkil olunan qış yarmarkasında insanlar həm yaxşı vaxt keçirə, istirahət edə, həm də xeriyyə fəaliyyətinin bir iştirakçısı ola bilərlər.  

Yeni il ənənəsi halına gələn yarmarkanın qapıları hər gün saat 11:00-dan 23:00-dək fasiləsiz olaraq bütün qonaqların üzünə açıqdır. 

hakimiyyet.az olaraq “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasındakı ab-havanı sizə fotoqrafımızın obyektivindən təqdim edirik:

FOTO: Kərim Abbasov

0.33806920051575