Göygölə yeni polis rəisi təyin edildi

Daxili işlər orqanlarında yeni təyinat olub.

hakimiyyet.az xəbərinə görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xətai Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Zaur Nəsirov vəzifəsindən azad edilərək Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Z.Nəsirov 1980-cı ildə Xankəndi şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüqüq fakultəsini bitirib.

Həmin ildən daxili işlər orqanlarında xidmət edir.

Aqil Vəlili

0.30656504631042